Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS- nin təşkilatçılığı ilə  E. Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi oxu zalında 44 günlük Vətən müharibəsinə həsr olunmuş  ”Bizə zəfər yaşadan şəhidlərimiz” adlı tədbir keçirib

29.10.2021

28 oktyabr 2021-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi oxu zalında  44 günlük Vətən müharibəsinə həsr olunmuş "Bizə zəfər yaşadan şəhidlərimiz" adlı tədbir keçirib. Tədbirdə bir qrup fəal oxucu və kitabxananın əməkdaşları  iştirak edib.Tədbiri giriş sözü ilə açan şöbə müdiri Abdıyeva Firəngiz bildirib ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətnliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi.

Tədbirdə Qazax Dövlət Sosial İqtisad kollecinin tələbələri Qasımova Ləman, Eldarov Məhəmmədəli, Musayev Sənan öz çıxışlarında qeyd ediblər ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Diskussiya şəraitində davam edən tədbir "Bizə zəfər yaşadan şəhidlərimiz" adlı sərgiyə baxışla yekunlaşıb.